Gürcüstanda virusa yoluxanların sayı artıb

11:21 24.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 436 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 692 240, ölənlərin sayı isə 9 742 nəfərə çatıb. Virusa yoluxanlardan 630 961 nəfərin sağaldığı bildirilir.